Cumartesi, Ekim 31, 2009
Türkiyə Azərbaycan Ordusuna dəstəyini artıracaq
Daxili Qoşunların mətbuat xidmətindən verilən məlumata görə, bu günlərdə qoşunların Baş İdarəsində və hərbi hissələrdə bir sıra tədbirlər keçirilir. Tədbirlərdə Daxili Qoşunlar komandanı general-leytenant Zakir Həsənov, Baş İdarənin şəxsi heyəti, Azərbaycanda kurs keçən Türkiyə Jandarm Komandanlığının zabitləri və digər qonaqlar iştirak edirlər.
Xatırladaq ki, 1997-ci il oktyabr ayının 31-də DİN Daxili Qoşunların Baş İdarəsi ilə Türkiyə Jandarm Komandanlığı arasında qarşılıqlı əməkdaşlığa dair Protokol imzalanıb. Protokol əsasında Azərbaycan və Türkiyə zabitləri qarşılıqlı formada təlimlərdə iştirak ediblər.
Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı ordu generalı Səbahətdin İşıq Koşanərin rəhbərlik etdiyi heyət isə noyabrın 2-də Bakıya səfər edəcək. KİV-ə verilən məlumata görə, heyət Müdafiə Nazirliyində 3 günlük görüşlər keçirəcək və Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına keçidinin vəziyyəti ilə tanış olacaqlar.
Türk Silahlı Qüvvələrinin 2-ci heyəti isə noyabrın 4-də Bakıya gələcək. Belə ki, gələn ayın 5-7-si və ya 9-11-i tarixlərində Bakıda ikitərəfli əməkdaşlıq planına əsasən Azərbaycan - Türkiyə Hərbi Hava Qüvvələri arasında Qərargah danışıqları keçiriləcək.
Diqqəti xüsusilə Koşanərin səfərinə yönəltmək istəyirik. Xatırladaq ki, bu şəxs son dəfə 2006-cı ilin dekabrında Azərbaycanda olub. Lakin o zamanlar Koşanər Jandarm Qüvvələrinin Baş Komandanı kimi gəlmişdi. Koşanər 2008-ci ilin avqustunda Yüksək Əsgəri Şuranın qərarı ilə Quru Qoşunları komandanı, ordu generalı İlkər Başbuğ Silahlı Qüvvələr Baş Qərargahının rəisi vəzifəsinə təyin edildikdən sonra QQ komandanlığına keçdi. Jandarm Komandanlığına isə ordu generalı Avni Atilla İşık təyin edildi.
2009-cu ilin avqustunda isə Yüksək Əsgəri Şuranın qərarı ilə Koşanərin səlahiyyət müddəti bir il artırıldı.
Bu təcrübəli hərbçinin Bakıya səfərində hansı məsələlər müzakirə ediləcək? "Ayna"ya daxil olan məlumatlara görə, Koşanərin keçirəcəyi görüşlərdə diqqət Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlığı daha da gücləndirməyə yönələcək.яXatırladaq ki, cari ilin əvvəlində Türkiyə Silahlı Qüvvələrinin yüksək vəzifəli şəxslərinin Azərbaycana səfəri olmuşdu. Səfər çərçivəsində Türkiyə tərəfinin Azərbaycan Ordusunun NATO standartlarına keçidinin sürətləndirilməsi istiqamətində təkliflər paketini rəsmi Bakıya təqdim etdiyi barədə məlumatlar gəzirdi.
Düşünmək olar ki, Koşanərin bu səfərində də eyni məsələ və TSQ-nın bu işdə bizə göstərə biləcəyi növbəti yardımlar diqqət mərkəzində olacaq.
Xarici İşlər Nazirliyi Tehrandan rəsmi açıqlama gözləyir
Ötən sayımızda Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun "Bioloji sistemlər fizikası" laboratoriyasının aparıcı elmi işçisi, fizik-mühəndis, lazer texnologiyaları üzrə azərbaycanlı alim Rəşid Əliyevin bir ildən artıqdır İranda həbsdə olduğunu xəbər vermişdik.
Turqut
Onu bu ölkənin viza rejimini pozmaq ittihamıyla saxlayıblar. Xatırladaq ki, Rəşid Əliyev 2006-2008-ci illərdə İranda "Sazan Electronics Industry company" şirkətində elmi fəaliyyətlə məşğul olub. Müqavilə müddəti bitəndən sonra isə şirkətdən ikinci dəfə iş təklifi alıb. Bu səbəbdən 2008-ci oktyabrın 5-də yenidən İrana gedib, ertəsi gün isə alimi saxlayıblar. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov deyib ki, Azərbaycan bununla bağlı İrana dəfələrlə nota göndərib: "Amma İrandan heç bir cavab gəlməyib. Hələlik İranda bir ildir həbsdə saxlanılan azərbaycanlı alimin rəsmi ittihamının nədən ibarət olduğu xarici siyasət idarəsinə məlum deyil". Onun sözlərinə görə, ittihamın nədən ibarət olması hələ dəqiq deyil. Çünki İran bu barədə rəsmi notalara cavab vermir: "Azərbaycanın İrandakı konsulu bir neçə dəfə Rəşid Əliyevlə görüşüb. O, saxlanma şəraitindən narazı deyil. Konsul alimlə ailəsi arasında bir neçə dəfə telefon əlaqəsi də yaradıb". Alimlə konsulun görüşünün nə vaxt keçirilməsinə gəlincə, nazirliyin sözçüsü bu haqda detallı məlumatının olmadığını bildirib. Elxan Poluxov vurğulayıb ki, Azərbaycan alimin məhkəməsinin nə vaxta təyin olunduğunu da bilmir: "Hələlik nazirlik İrandan cavab gözləyir". Qeyd edək ki, Azərbaycanın Ədliyyə Nazirliyi də Rəşid Əliyevin həbsilə bağlı İrana sorğu göndərib. Ancaq qarşı tərəfdən heç bir cavab gəlməyib. İranın Azərbaycandakı səfirliyindən isə məsələnin araşdırıldığı bildirilib. Belarus səfirliyi yalanladı
Erməni saytları XİN başçısının sözlərini təhrif edib
Belarusun Azərbaycandakı səfirliyində əmindirlər ki, bu ölkənin xarici işlər naziri Sergey Martınovun Ermənistana səfəri çərçivəsində verdiyi açıqlamalar təhrif olunub.
Cuma, Ekim 30, 2009
باشگاه تراختور در بيانيه ای از حضور گرم، پرشور و خاطره انگیز هوادارانش در بازی مقابل پرسپوليس تقدير كرد
ترکیه در راه تبدیل شدن به قدرت اقتصادی بزرگ - دویچه وله
نقض کرامت انسانی زنان در شعر شعرای فارسی زبان

İRANIN DİNİ RƏHBƏRİ TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜNDƏ KƏSKİN TƏNQİDLƏ ÜZLƏŞİB



İran İslam Respublikasının dini rəhbəri ayətullah Əli Xamneyi bir qrup əlaçı tələbə ilə görüşündə kəskin tənqidlə üzləşib.
“Media forum” saytının məlumatına görə, hadisə oktyabrın 28-də baş verib. Dini rəhbər çıxış edəndən sonra bir neçə tələbə əlini qaldıraraq onlara söz verilməsini istəyib. Ancaq onların çıxışından sonra da bir tələbə söz istəyib. Çıxışlara ayrılan vaxtın başa çatdığı bildirilsə də, dini rəhbər əlini göyə qaldıran tələbəyə söz verilməsini tələb edib.
Riyaziyyat fənni üzrə olimpiada qalibi, Tehranın Politexnik Universitetinin tələbəsi Mahmud Vəhidniya mikrofon arxasına keçib, özünü təqdim edəndən sonra deyib: “Mənim çıxışım bir neçə hissədən ibarət olacaq. Birinci dövlət teleradiosundan başlayıram. Sizcə, dövlət teleradiomuz son aylarda ölkədə baş verən olayları olduğu kimi işıqlandırıb, yoxsa həqiqətləri təhrif edib? Təəssüflər olsun ki, bizim milli teleradiomuz belə davrandığı halda digər medialarımızdan nə gözləmək olar?
Dövlət Teleradio Təşkilatının rəhbəri birbaşa sizin nəzarətinizdə fəaliyyət göstərir. Onu bu vəzifəyə siz təyin edirsiniz. İkisindən biridir. Ya bu təşkilat sizin göstərişinizlə belə rəftar edir, ya da sizin ona nəzarətiniz lazımi qədər deyil. İndi ortaya belə bir sual çıxır ki, görəsən, doğrudan da son 30 ildə biz islamlaşmağa və əxlaqa doğru hərəkət etmişikmi? Əgər bu suala zərrə qədər də olsa mənfi cavab vermək mümkündürsə, deməli, bu 30 ildəki rəftar və iddialarımıza şübhə ilə yanaşmalıyıq.
İndi keçirəm başqa məsələyə və sözümü bir misalla başlayıram. Bir ailədə iki qardaş bir-biri ilə savaşsa, ata necə davranmalıdır? Əgər ata kiçik qardaşı məzəmmət etməyə başlasa, onda böyük qardaş kiçik qardaşa yenə zorakılıq nümayiş etdirməkdə davam edəcək. Sizin atalıq yeriniz var. Siz öz müxaliflərinizlə bu cür davranırsınızsa, onda aydındır ki, sizdən söz eşidənlər necə davranacaq. Hamı zindanlarda nələr baş verdiyini yaxşı bilir. Siz öz çıxışlarınızın birində bu kimi rəftarların qarşısının alınacağını desəniz də, onlar istədiklərini edirlər.
İndi isə başqa məsələyə keçirəm. Mən bilmirəm bu ölkədə niyə heç kəsə icazə verilmir ki, sizi tənqid etsin? Təəssüflər olsun ki, sizin ətrafınızda olanlar sizi tənqid etməyi böyük və bağışlanmaz bir xəta, günah sayırlar. Onlar sizi bir bütə çeviriblər. Halbuki hər bir insan səhv edə bilər. Mən beş ildir qəzetləri ciddi şəkildə oxuyur, ölkədə baş verənləri izləyirəm. Bu müddətdə bir dəfə də olsun görməmişəm ki, vəzifəsi sizin rəhbərliyinizi və hərəkətlərinizi nəzarətdə saxlamaq olan Üləmalar Məclisi sizi tənqid etsin. Bu vəziyyətin davam etdirilməsi yalnız kin-küdurətə gətirib çıxara bilər”.
Gənc tələbənin tənqidlərinə cavab olaraq ayətullah Xamneyi deyib: “Teleradionun fəaliyyətinə gəlincə deyim ki, bir az məsələyə insafla yanaşmaq lazımdır. Əlbəttə, mən özüm də onun hər işini bəyənmirəm. Düzdür, bəzi nöqsanlar var. Elə deyil ki, bütün verilişləri birbəbir gətirib mənə göstərdikdən sonra yayımı üçün icazə alsınlar. O ki qaldı tənqid məsələsinə, mənim sözüm yoxdur. Mən tənqidə müsbət yanaşıram. Əlbəttə, elə deyil ki, tənqid etməsinlər. Məni tənqid edənlər də olur. Bəzən çox olur. Mən də qulaq asıb onu başa düşməyə çalışıram”.
“Media forum” bildirir ki, ayətullah Xamneyinin tələbələrlə görüşünün stenoqramı dini rəhbərin rəsmi internet səhifəsində yerləşdirilib. “Media forum”un təqdim etdiyi material da həmin stenoqram əsasında hazırlanıb.
Farsların həcc ziyarətində rüsvayçılığı
Turqut
İran saytı yazır ki, bəzi iranlılar həccə gedəndə özlərilə narkotik maddələr, o cümlədən də tiryək və heroin aparır, həcc mərasimində oğurluqla məşğul olur, Allah evinin ətrafına dolanarkən bütün qadağalara baxmayaraq siqaret çəkir və bəzi əxlaqsız işlərlə məşğul olur. Bildirilir ki, ötən il Səudiyyə Ərəbistanı polisi həccə gələn 223 iranlını narkotik maddəyə görə saxlayıb, onlarla iranlı hacını isə oğurluq edərkən tutub. Ötən il İran polisinin həccə yollanan 1069 nəfərdən çoxlu narkotik maddə müsadirə etdiyi də vurğulanır.
Üç milli fəal Ərdəbil həbsxanasına salındı

Güney Azərbaycan Milli Hərəkatının fəalları - jurnalist Rəhim Qulami, Behruz Əlizadə və Vədud Səadəti Ərdəbil həbsxanasına salınıb. Onların oktyabrın 6-da Ərdəbil Apellyasiya Məhkəməsinin barələrinjə çıxardığı birillik həbs cəzasını çəkmək üçün təslim olublar.
Turqut
Xatırladaq ki, 7 ay əvvəl "Ettelaat" əməkdaşlarını həbsə aldığı soydaşlarımız 20 gün saxlanıldıqdan sonra mülk girovu müqabilində azadlığa çıxmışdılar. Onlar saxlanıldıqları müddətdə döyülərək ağır işgəncəyə məruz qalıb. Hətta uzun müddət yatmamağa məcbur edilib və bədənlərinə elektrik şoku verilib. Soydaşlarımız sistemin əleyhinə təbliğat aparmaqda günahlandırılıblar.
İran BMT-yə rəsmi cavab verib

Turqut
İran prezidenti Mahmud Əhmədnejad Məşhəd şəhərində televiziyayla çıxışı zamanı İranın Qərb qüdrətlərilə əməkdaşlığa hazır olduğunu bir daha bəyanlayıb. O deyib ki, İranın nüvə araşdırmalarından bəhrələnmək hüququ şəksizdir. Amma İran mediası xəbər verir ki, rəsmi Tehran razılaşma layihəsinə əhəmiyyətli dəyişiklər edilməsini istəyəcək. Bu da nüvə sazişinin əsas elementini rədd etmək deməkdir. MAQATE-dən isə bildiriblər ki, Tehranın cavabından sonra İranla razılaşmaya nail olunacağına ümid bəsləyirlər. Bu arada Avropa Birliyi ölkələrinin liderləri İranı BMT-nin hazırladığı saziş layihəsini təm qəbul etməyə çağırıblar. Bəyanat layihəsində Avropa Birliyinin İrandakı missiyalarından tutulan işçilərin və məhkəməsi gedən Avropa vətəndaşlarının buraxılmasına çağırılır. Böyük Britaniya bildirib ki, onun İrandakı səfirliyinin iranlı işçisi casusluqda ittiham olunaraq 4 il həbs cəzası alıb. ABŞ-ın "The New-York Times" qəzetinin yazdığına görə, İran BMT-nin nüvə proqramı üzrə vasitəçilərinə MAQATE-nin təklifini rədd etdiyi barədə xəbər verib. Qəzetdə qeyd olunub ki, İranın rədd cavabı Barak Obamanın Tehranın nüvə probleminin həll olunması üçün vaxt qazanmaq barədə cəhdlərinə son qoya bilər. Xatırladaq ki, İranla Beynəlxalq Atom Enerjisi Agentliyi arasındakı razılaşmanın məğzi ondan ibarətdir ki, bu ölkəyə topladığı nüvə materiallarından yanacaq məqsədilə istifadə üçün iki mərhələdə yardım ediləcək. Əvvəlcə İranda təmizlənmiş uran Rusiyaya göndəriləcək və burada daha təkmil vəziyyətə gətiriləcək, oradan isə Fransaya göndəriləcək. Fransa İran uranını ABŞ texnologiyaları əsasında yanacaq materialları şəklində hazırlayacaq. İran 1.5 ton təmizlənmiş urana malikdir. Mütəxəssislərin hesablamalarına görə, Tehrana urandan 116 kubmetr yanacaq hazırlamaq üçün 1200 kubmetr təmizlənməmiş uran lazım olacaq. Bu da İranda mövcud olan təmizlənməmiş uranın tam həcmidir. Odur ki, bu razılaşma təsdiqlənsə, İranın gizlicə nüvə silahı əldə etmək istədiyi haqda səslənən iddialar gündəlikdən çıxacaq. Xarici İşlər Nazirliyi Tehrandan rəsmi açıqlama gözləyir
Elxan Poluxov: "Azərbaycan Rəşid Əliyevin həbsilə bağlı İrana dəfələrlə nota göndərib"
Ötən sayımızda Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun "Bioloji sistemlər fizikası" laboratoriyasının aparıcı elmi işçisi, fizik-mühəndis, lazer texnologiyaları üzrə azərbaycanlı alim Rəşid Əliyevin bir ildən artıqdır İranda həbsdə olduğunu xəbər vermişdik.
Perşembe, Ekim 29, 2009
Bu gün Türkiyədə Cümhuriyyət günüdür

GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 86-cı ildönümüdür. Türkiyə Cümhuriyyəti 1923-cü il oktyabrın 29-da Mustafa Kamal Atatürk və silahdaşları tərəfindən qurulub.
Səltənət üsul idarəsinin ləğv olunması və Lozan müqaviləsindən sonra gündəmə gələn, “ölkənin idərə şəkli necə olacaq?” – sualına Atatürk və İsmət İnönünün 28 oktyabr 1923-cü ildə parlamentdə hazırladığı qanun layihəsi ilə ölkənin Cümhuriyyət (respublika) üsul idarəsinə keçirilməsinə qərar verilib və 29 oktyabr 1923-cü ildə “Hakimiyyət qeyd-şərtsiz millətindir. İdarə üsulu xalqın öz gələcəyini birbaşa və bilavasitə müəyyən etməsi əsasına söykənir. Türkiyə dövlətinin hökumət şəkli Cümhuriyyətdir!” - prinsipləri ilə Cümhuriyyət elan olunur. Şimalda Qara dəniz, cənubda Adriatik dənizi, qərbdə Mərmərə və Egey dənizlərinin sahili olan Anadolu yarımadasında yerləşən Türkiyə Cümhuriyyətinin paytaxtı Ankaradır və ölkənin 80 milyondan çox əhalisi var.
İran Ermənistana qaz nəqlini 5 dəfə artırır
İran yaxın gələcəkdə Ermənistana nəql etdiyi təbii qazın həcmini beş dəfə artırmaq niyyətindədir. Bu barədə İRNA agentliyinə İranın neft nazirliyindəki mənbədən məlumat verilib: "Biz Ermənistana nəql etdiyimiz təbii qazın həcmini 2 milyondan 10 milyon kubmetrə kimi artırmaq niyyətindəyik".
qeyd edək ki, İrandan Ermənistana təbii qaz Təbrizdən Meğriyədək uzanan 140 kilometrlik kəmər vasitəsilə nəql olunur.
Dünən İranın enerji resurslarının nəqli ilə bağlı daha bir razılaşma əldə olunub. Bu dəfə İranla Türkiyə arasında...
Türkiyənin energetika naziri ilə danışıqlardan sonra mətbuata açıqlama verən İranın neft naziri Seyid Məsud Mirkazımi iki ölkə arasında neft və qaz sahəsində əməkdaşlığa dair anlaşmanın imzalandığını bildirib.
İranın neft nazirinin qənaətinə görə, Türkiyə Nabucco layihəsinin İranın iştirakı olmadan həyata keçirilməsini mümkünsüz sayır: "Kəməri doldurmaq üçün yetərincə təbii qaz yoxdursa, o zaman bu layihənin həyata keçirilməsinin də heç bir mənası qalmır. İran isə ən vacib qaz tədarükçüsüdür".
Çarşamba, Ekim 14, 2009
دوشنبه شب و از ساعت بیست و دو سی دقیقه برنامه ی نود متفاوت تر از هفته های قبل به روی آنتن رفت
به محض اعلام مسابقه ی اس ام اس برنامه 90 شور و شوق عجیبی تمامی هواداران تراکتور را فرا گرفت. زیرا این بار فرصتی فراهم شده بود تا بتوانیم از طریق رسانه ی ملی و از طریق پر مخاطب ترین برنامه ی ورزشی ایران حقانیت خود را به رخ فوتبال ایران بکشیم. عادل فردوسی پور که شاید از قبل نتیجه ی نهایی را پیش بینی کرده بود سوال مسابقه را طوری طرح کرده بود که در سخت ترین شرایط نیز تا حدودی وجهه ی ساختگی و تابوی تیم های پایتخت نشین را حفظ کند. ولی سیل عظیم مشتاقان تراختور به حدی بود که حتی مجموع هواداران تمامی هفده تیم حاضر در لیگ برتر کمتر از هواداران تراختور شد. هواداران تراختور با کسب 53 درصد از مجموع کل رای ها با اقتدار و اختلاف فاحشی بالاتر از تمامی تیم های لیگ برتری قرار گرفتند .
در شروع برنامه نیز فراز کمالوند سرمربی محبوب تراکتورسازان تقاضای صحبت در برنامه را کرد که در ابتدا با مخالفت فردوسی پور مواجه شد. ولی در اواخر برنامه با رکورد تاریخی ای که هواداران تراکتور از خود به جای گذاشتند عادل فردوسی پور نیز مجبور شد تا لحظاتی هم صحبت امپراطور فوتبال ایران یعنی فراز کمالوند شود .
Pazar, Ekim 11, 2009
Azərbaycanın Ölməz Qızi
Sənin ətəyin özəl bir yerdir. Müqəddəsdir. Peyğəmbər musa gedən müqəddəs Tur , yoxsa
Sina olduğun sanıram. Sənin ətəyində hörmət sındırmaq olmaz. Sənin ətəyində ceyranlar
becərib , durnalar qanad açıb , sunalar süzər olubdur. Sənin ətəyində başqasın unudub yalnız
səni sevmək gərək , ay elimin sevməli gəlini , Urmum mənim .
Nədən susub , dizlərini qucaqlamısan ? Elindən küsübsən , yoxsa ölkəndən ? Gözlərinin yaşi
çəktiyin sürməni bənizinə dağıdıb . Bir sağına baxırsan bir soluna , bilirəm , axarli balalarının yolun
gözləyirsən . Ürəyin sıxılmasın canım . Onlarda günah yox. Yollari kəsilib. Elə məni də Təbrizin qızi
Aci yollayıb . Aci sənə salamlar göndərib , sənə deyib : Darıxma gün gələr , qarşımda olan dağlari
dağıdıb gələrəm . Sədlərdən aşıb daşaram. Gün gələr , sənlə qucaqlaşıb , birlikdə * Arpa çayi aşdı
daşdi * ni oxuyub , ağlayıb , ürək boşaldaram. Gün gələr qucaqına durnalar qayıdar , sunalar ətəyində yuva bağlar . Gün gələr , qucağında ceyranlar doğar ....
Gözəlim , Urmum mənim , gün gələr , aşıqlar sazların qaldırıb , qarşında şikəstə çalarlar.
Urmu , Təbriz , Xoy , Mərənd ... oğlan qızlari sahilində Azəri oynayacaqlar . Başına çiçək tökəcəklər
O gün hammi səni bağrına basacaq , günəş sənə baş əyəcək .
Dur , dalğalarıni yuxudan qaldır , harayla durnalarıni , harayla sunalarıni . Gözlərini sil , üzərində
havlayan yelə söylə oxusun . Dalğalarına de oynasınlar . Yenə sürmə çək gözlərinə . Yenə göyçək
ağ gəlin donunu gey . Aç hörüyünü , dağıt sari saçlarıni , goy günəşin gözü çıxsın . Aç qollarıni ,
başıni qalxız , goy dağlar buyana qurban kəssinlər. Ayağa dur , durnaların marağlansın , sunaların
qanad çalsın . Dizlərindən əl götür , Ayaq üstə dayan , qollarıni açıb , Azəri oyna . Hay çək ,
oynaya oynaya haray çək , * Mən Azərbaycanın Ölməz Gəliniyəm *
JƏFƏRPUR RƏZƏVİ










