Perşembe, Haziran 22, 2006

ايران مجلسينده گرگين ليک لر يئنه ده داوام ائديب

دونن اردبيل نماينده سی پيرموذنين چيخيشينی نين ايران مجلسيندن جدی قالماقالا سبب اولموشدو.پير موذن دئييب کی، کاريکاتور مسئله سيندن سونرا ايران پرزيدنتی آذربايجانلی لاردان عذر ايسته سه ايدی سونراکی آغير وضعيت يارانماياجاق ايدی. او سون اعتراض لارين يالنيز کاريکاتورا گوره دئييل آذربايجانليلارين اوزون ايل لر تحقير اولونماسی نين نتيجه سی اولدوغونو بيلديرميشدی بونون آردينجا بو گون ده گرمی نماينده سی ناصر نصيري نين چيخيشی دا جدی گرگين لييه سبب اولوب . بو گون ايسه ئوزونون ئولومله تهديد ائديلديينی بيلديره رک مجلس رئيسيندن تهلوکه سيزليينين تامين اولونماسينی ايسته ييب. او دئييب کی، اونو سلاح لا هده له ييب لر.آنجاق او سوزونو دئمه ميش فارس نماينده لر سس کوی ساليبلار و مجلس رئيسی گرمی نماينده سينين دانيشماسينا ميکروفونونو سوندوره رک اجازه وئرمه ييب. عصبی وضعيتده مجلسين رياست هياتينه طرف حرکت ائدن نصيری نی ايسه باشقا ملت وکيل لری توتوب ساخلاييبلار. سويوق بولاق شهرينين نماينده سی محمدحسين نژاد فلاح ايسه ايرانين ايچ ايشلر وزيری مصطفی پور محمدی يه سورغو گونده ره رک حبس اولونان آذربايجانلی اعتراض چيلارا قارشی شکنجه وئريلمه سينين سبب لرينی سوروشوب. او بونون آناياسانين 38 – جی ماده سينه ضد اولدوغونو بيلديريب و بو وضعيته سون قويولماسينی ايسته ييب

Cumartesi, Haziran 17, 2006

Oğurlanma Vahimesi /Sağlamlıq vahimesi /Sağlıqdan nigaranlıq /Vicdan ucundan dustaqlıq ehtimalı


Saleh Kamrani (kişi), vəkil və insan haqlarının müdafiəçisi, 34 yaşlı


Saleh Kamrani, bir Türk-Azərbaycan vəkili (Güney Azərbaycan), məlum olası əmniyyət məmurları tərəfindən oğurlanıb, ki 14 İyun-dan bəri bəlli olmayan bir tutuqlanma yerində saxlanaraq, işgəncə təhlükəsindədir. Raportlara görə ürək xəstəliyi üçün dərmana ehtiyacı vardır. İşi insan haqlarından müdafiə etməklə bağlıdır, elə məhz buna görə tutuqlana bilər, və bu isə Amnesty International bu şəxsi bir vicdan ucundan dustaq diyə qeyd edə bilər.

Raportlara görə, Saleh Kamrani 14 İyunda təqribən nahardan sonra saat 3-də Tehranda evində həyat yoldaşına zəng edib və evə getmək üzərə olduğunu söyləmişdi. Evə nahardan sonra saat 4.30-5.00 yetişməli idi və onun yubanmasından nigaran qaldıqda həyata yoldaşı ərinin cib telefonuna zəng etdikdə telefonun bağlı olduğunu başa düşür və buda gözlənilməz bir iş idi. Xəstəxana və polisdən soraqlaşdıqda, ərindən heç bir iz də belə tapa bilmir. İkindi çağı Təhlükəsizlik Nazirliyinə (Vizarət-i-İttilaat) zəng etdikdə ora da hər bir bilgi verməkdən boyun qaçırmışlar.

Saleh Kamrani 1999-dan bəri vəkil işləyir və O bir neçə Güney Azərbaycanlını müdafiə etmişdir, ki bunlar vaxtı ilə siyasi və mədəni fəaliyyətləri üçün tutuqlanmışdılar. Onun müdafiə etməkdə olduğu şəxs Saleh Malla Abbasi-dir ki, 17 Apreldə yaxalanmışdı (bax: UA 115/06, MDE 13/045/2006, 3 May 2006). Saleh Kamrani başqa etnosların üzvlərini də sovunmuş. Raportlara görə, O hey İran təhlükəsizlik məmurlarının azarına məruz qalmış, misal üçün onu telefonla dəfələrlə hədələmişlər (threat), və 2005-də qardaşı ilə birlikdə Urmu-da 3-günlük tutuqlanmışdı. Raportlara görə, insan haqları barədə O məqalələr də yazmış və insan haqları üzrə vəkil və öyrənçi təlimi üçün kurslar da aparmış. Saleh Kamrani-nin qardaşı, Məhərrəm Kamranı da 30 Martda yaxalanmış və raportlara görə 19 gün içəridə qalarkən işgəncəyə məruz qalmışdı (bax: UA 86/06, MDE 13/039/2006, 12 Aprel 2006).

ZƏMİN BİLGİ
May 2006-da İranın quzey-qərbində qəsəbə və şəhərlərində geniş surətdə kütləvi təzahürat ortaya çıxdı. Buralarda əhali əsasən Türk-Azərbaycanlıdırlar və 12 Mayda dövlətin rəsmi orqanı olan İran gündəliyi qəzetində yayımlanmış qanqaraldıcı cizgi-karikaturaya qarşılıq çıxışlar olundu. Təzahürat ərzində və ondan sonra yüzlərcə insanlar yaxalandı (bax: UA 151/06, MDE 13/055/2006 və UA 163/06, MDE 13/063/2006). İttihamlara görə, tutuqluların bəziləri işgəncə olunmuşlar, və bəziləri də xəstəxanalıq olmuşlar. Qəzetin buraxılışı 23 Mayda asılqan olmuş və onun baş redaktoru və karikaturaçısı yaxalanmışlar. Azərbaycan qaynaqları iddia etmişlər ki, təhlükəsizlik qüvvələrinin əllərindən ölənlərin sayı 10-lar və yaralananların sayı 100-lər olmuş. Təhlükəsizlik qüvvələri hər bir şəxsin öldürülməsini danmışlar, baxmayaraq ki, 29 Mayda bir polis məqamı Sulduzda 4 nəfər öldürüləndən və 43 nəfər yaralıdan söz açmışdır.

İranda tez-tez təhlükəsizlik qüvvələri adamları günlər və həftələr müddətində tutub-saxlayır, hərdən də bunları bəlli olmayan yerlərdə saxlayır, yaxud elan etmədən və ailələri ilə əlaqəyə girmədən onları göz altına alır. Fəal tələbə, Abid Təvançı, məlum olası bir həftədən çox belə itgin düşmüşdü, ta ki 5 İyunda haçandan haçana Tehranın Evin zindanından ailəsinə zəng edib və 26 Maydan bəri tutuqlu olduğunu söyləmişdi (bax: UA 165/06, MDE 13/065/2006, 9 İyun 2006).

Görülməli işlər üçün lütfən Amnesty International-ın website-sinə müraciət ediniz və bunun üçü 28 İyula dək vaxt vardır.

Perşembe, Haziran 15, 2006

GÜNEY AZƏRBAYCAN PROBLEMLƏRİNİ DÜNYAYA YAYIMLAYAN "OYANIŞ" TV YAYIMA BAŞLAYIB

BAKI/14.06.06/TURAN: Bu gündən "Oyanış" TV "Türksat"dan yayıma başlayıb. Bu barədə Güney Azərbaycan Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlının müşaviri, GAMOH-un Avropa təşkilatlarının sədri Mahmud Bilgin bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib. O,qeyd edib ki, "Oyanış" TV-nin mərkəzi ofisi İsveçin Höteborq şəhərində yerləşəcək, onun Almaniya, Kanada, ABŞ, Azərbaycan və Türkiyə ofislərinin yaradılması nəzərdə tutulur. M.Bilgin TV-yə Əfsanə xanım Sulduzlunun rəhbərlik edəcəyini söyləyib. O, telekanalın heç bir dövlət tərəfindən maliyyələşmədiyini, yalnız ianələr hesabına maliyyələşəcəyini bildirib. M.Bilgin bir ay müddətində TV-nin texniki səbəblər üzündən canlı yayıma çıxmayacağını, verilişlərin öncədən hazırlanaraq efirə buraxılacağını bir aydan sonra isə verilişlərin canlı yayılacağını bildirib. Daha sonra GAMOH lideri M.Çöhrəqanlının Türkiyədən Azərbaycana, Azərbaycandan isə ABŞ-a deportasiyasına toxunan M.Bilgin bunu hər iki türk dövlətinin İran qarşısında zəifliyi adlandırıb. İranın hər iki dövlətə təpgi göstərdiyini deyən M.Bilgin bu təpkilərin 2002-ci ildə M.Çöhrəqanlının Bakıya səfərində də olduğunu, amma o zaman rəhbərliyin buna müqavimət göstərdiyini xatırladıb. Güney Azərabycanda baş vermiş hərəkata toxunan M.Bilgin son yüz ildə ilk dəfə olaraq Güney Azərbaycan türklərinin sırf milli zəmində hərəkata başladıqlarını qeyd edib. Onun sözlərinə görə, mayın 23-də Təbrizdə baş verən qətliamı 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş qətliamla müqayisə etmək olar. "Necə ki, 20 yanvar faciəsi rus imperiyasına nifrət əmələ gətirdi, eləcə də bu ilin 23 may hadisələri fars rejiminə nifrət yaratdı" - deyə M.Bilgin vurğulayıb. O, Güney Azərbaycanda bütün qüvvələrin birliyi olan Milli Azadlıq Cəbhəsinin yarandığını və milli-azadlıq mübarizənin yeni mərhələyə keçdiyini vurğulayıb. -05C-
( www.dürna.se )

Gun Az TV فراخوان کمک مالی به


Gun Az TV فراخوان کمک مالی به
ملت ستمديده ترک،
بعد از قيام ملت ترک آذربايجان، اشغالگران اسلامی و شوونيستهای رنگارنگ تعرضعات و
حملات سياسی، پليسی و نظامی وسيعی را بيش ازپيش عليه مردم آذربايجان آغاز کرده اند.
"گون آز تی وی " تنها تلويزيون آذربايجانی که پرچم مبارزه عليه جمهوری اسلامی را بر
افراشته و برای آزادی و کسب حق تعيين سرنوشت آذربايجان تلاش می کند برای پيشبرد
وظايف خود در قبا ل جتيش ملی آذربايجان به کمکهای مالی فرزندان صادق، وفادار، فداکار و
دلسوز آذربايجان نيازمند است. امروز در اين شرايط حساس تاريخی تامين مالی ، حفظ و
گسترش فعاليتهای "گون آز تی وی" يکی از وظايف مهم ملت ترک آذربايجان می باشد.
لطفا کمکهای خود را به حساب و آدرس بانکی زير واريز کنيد.
در بريتانيا Gun Az TV کميته کمک مالی
Azerbaijan@hotmail.co.uk
Mobile: 07956686785
Bank Account of GunAz TV in Britain (UK)
Name of Bank:NatWest
Account Holder: Gunaztv Association
Account Number: 60037504
Sort Code: 60 – 08 – 20
Branch: Finchley Central

Cumartesi, Haziran 10, 2006

ميللتيميزين حاق سسي و توتولانلارين آزادليقي اوچون پئتيشين PETİTİON

ميللتين مظلوم لوغون و توتولانلارين آزادليقي اوچون
يئني پئتيشيني ايمضا لالييك بونون اوچون لينكلرايچينده
يئني پئتيشيني تيكلايين
هر شرفلي آذربايجانليه بو پئتيشيني ايمضا لاماق واجيب دير

اهانت بسيار نفرت انگيز جديدي عليه ملت مجروح آذربايجان

اهانت بسيار نفرت انگيز جديدي عليه ملت مجروح آذربايجان
شوونيزم فارس شرف توركها را هدف قرار داده است
روزنامه شرق، 17 خرداد ماه ص مشروطه:
ستارخان مردى عامى و كاملاً بيسواد و لوطى مشرب بود و براى امرار معاش اقدام به راهزنى مي (!!!)كرد
ابراهيم.س. امير خيز ...تبريز


در حاليكه بدنبال انقلاب ضد آپارتايد ملت آذربايجان جنوبي، خون نزديك به 100 شهيد گلگون كفن آذربايجان هنوز بر زمين داغ وطنمان جاري است، صدها نفر در اثر هجوم وحشيانه مامورين شوونيزم فارس مجروحند و هزاران نفر در بند زندانهاي مخوف ر‍يم آپارتايد به سر مي برند، روزنامه شرق بعنوان پر تيرا‍‍ژترين نشريه غير دولتي فارس زبان در مطلبي عموما اهانت آميز و نفرت انگيز، مقام شامخ شهيد ستارخان سردار ملي و فانوس مبارزه با استبداد در مشرق زمين را مورد اهانتهاي مكرر و غير قابل بخشايش قرار داده است.
اين روزنامه كه از سابقه اي طولاني در ضديت با توركها و آذربايجان برخوردار است كوشيده تابه دنبال درج چند جمله كوتاه ستايشگرايانه، سيل لجني را عليه سردار غريب و مظلوم آذربايجان براه اندازد و به اين ترتيب به ترور شخصيت يكي از برجسته ترين مبارزان ضد ظلم تاريخ معاصر جهان بپردازد.
اهانت غير قابل بخشايش روزنامه شرق در حالي صورت مي گيرد كه اخيرا روزنامه ايران با چاپ و درج كاريكاتور و متن به شدت متعفن و كثيفي توركها را سوسكهاي نجاست خوار توالتهاي فارس لقب داده بود. شونيستها با مشاهده طغيان ملت هويت طلب آذربايجان، مزورانه سعي كردند تا اهانت ركيك مذكور را بعنوان اشتباه كاريكاتوريست بيان كنند!!!
درج و انتشار مطلب اخير روزنامه شرق بخوبي حكايت از عمق كينه و نفرت شوونيستهايي دارد كه در مقابل تاريخ ديناميك، پرافتخار و سراسر غرور آفرين آذربايجان دچار واماندگي و افسردگي شده اند و به اين ترتيب چاره اي جز حمله سفيهانه و هجوم كودكانه به شهيد ستارخان، بعنوان يكي از برجسته ترين شخصيتهاي غيور و رشيد و فداكار مشرق زمين ندارند.
آنچه كه در ذيل تحت عنوان تاريخ ذكر مي شود فحاشي بي شرمانه اي عليه تاريخ و حقيقت و حماسه است. در اين نوشتار تهوع آور، شهيد ستارخان بعنوان فردي لات و راهزن و احمق تصوير مي شود كه معناي مشروطيت را نمي فهمد و به همين دليل در پارك اتابك به تير يپرم ارمني گرفتار مي شود!!!
و اين است سرنوشت ستارخان مظلوم در تاريخ شوونيزم جنايتكار! ....
واي بر كساني كه از شدت بي ريشه گي قومي خود تبر بر ريشه هاي هزاران ساله ملت تورك آذربايجان مي كوبند. اينان كساني هستند كه همواره نسبت به برگزاري مراسمهاي شكوهمند شهادت ستارخان عصباني و نگرانند و فرزندان هويت طلب آذربايجان را شوروشي، جاسوس و پان توركيست خطاب مي كنند.
بله من يك پان توركيستم. پان توركيسم من، يعني قرابت فرهنگي تمام توركهاي جهان. پان توركيسم من، بر به هيچ وجه گرايشهاي نژادي استوار نيست. پان توركيسم مورد نظر من، منبع صلح و سعادت و ثبات براي همه ملتهاي مجاور است. من با هر گونه بحث نژادي مخالفم.
من يك هويت طلبم. هويت طلبي من يعني برگشت به ريشه هاي توركي ملتي كه از كاشغرستان تا بالكان مستقرند. من مايل و قادر به وحدت سياسي توركها نيستم. من تنها مي گويم يك تورك آذربايجاني با هر تورك ديگري در هر گوشه جهان قرابت فرهنگي و زباني دارد.اما به رغم اين ايده ال مشورع، در حال حاضر درگير نجات آذربايجان از زير تيغ تيز فاشيزم فارس هستم. همه جهان اين خواست را بعنوان يك حق پذيرفته است .اكنون كشورهاي عربي ،انگليسسي زبان، فرانسوي زبان و اسپانيولي زبان و ... دقيقا چنين رفتاري از خود نشان مي دهند.اما تنها اين شوونيزم فارس است كه در برابرهر كسي كه مي گويد من توركم با سلاح گرم واكنشهاي تبهكارانه از خود نشان مي دهد.
اما پان فارسيزم چه مي گويد: آنها خود را نژاد برتر، نجيب زاده و واجد خون پاك آرايايي مي دانند و همه جهانه را غير از خود پست و مستوجب مرگ مي دانند. پيشروان اين پندار همان نازيهاي دوران هيتلر و كوكلوسكلنهاي سياه پوست كش آمريكا هستند.. كشتار دهشتناك مات هويت طلب آذربايجان در آذر ماه سال 1325 هرگز فراموش نخواهد شد.
اكنون اين گله جانيان و قاتلين كمر به محو فرهنگ و هويت و تاريخ ملت آذربايجان بسته اند و از بيان هيچ توهين و تهمتي ابا ندارند. يقينا شوونيستها در صدد امحاء فرهنگي و نيز فيزيكي ملت ما هستند.
اكنون بي ترديد تماميت شوونيزم در برابر تماميت آذربايجان ايستاده است.
در خاتمه من نيزهمانند ملت آذربايجان با تمام وجود فرياد مي كشم:
آند اولا ستارخانا... فاشيزم گرك اودلانا
نقل از سايت آزاد تريبون

Perşembe, Haziran 08, 2006

Güneye Qumdan destek

Rəfsəncaninin çıxışı yarımçıq kəsilib Güney Azərbaycanda başlanan Milli-Azadlıq Hərəkatına dini mərkəz olan Qum şəhərindən də dəstək gəlib. İyunun 5-də Qumda dini təhsil alan azərbaycanlı tələbələrin qarşısında çıxış etmək istəyən İran Məsləhət Şurasının sədri Haşimi Rəfsəncaninin çıxışı yarımçıq kəsilib. Karikatura olayını pisləyən Rəfsəncani güneyli tələbələri sakitləşməyə çağırsa da, onun bu çağırışı cavabsız qalıb. Rəfsəncaninin çıxışlarını şüarlarla kəsən azərbaycanlı tələbələr Güney şəhərlərinə dəstək məqsədilə iyunun 6-da yerli vaxtla saat 17.00-da etiraz aksiyalarına başlayıb

Cumartesi, Haziran 03, 2006

شهيديميزين شكيلي


شهيد
رضا ميرآقا پور

اورمو فرهنكي فعال لارينين ائلاني

اطلاعيه تاريخ:9/3/1385 بو گون همت و غيرت گونودورشرفلي آذربايجانلي¬لار:غيرتلي اورميه لي لر:ايران قازته ¬سينين توهينلي كاريكاتور و يازيلاري بير بهانه اولدو تا آذربايجانين غئيرتلي توركلري اؤز نفرتلريني اعلان ائتسينلر. ايللردي كي فارس شوونيزمي و فارسچيلارين هدفي آذربايجاني ضعيف ساخلاماق و توركون فرهنگيني آرادان آپارماقدير. گچن گونلرده آذربايجانين بويوك و حتي كيچيك شهرلرينين آياغا دوروب و فارسچيلارين منفور ايشلرينه اعتراض ائلمه لري گوستردي كي توركلر فرهنگلريني اؤز ناموس و شرفلري بيلير و اونون دفاعسيندا حتي شهيد اولماغا دا حاضيرديلار.آذربايجانليلار تاريخده هميشه صلح طلب و آزادليق سئور اولوبلار ، آما اونو دوشمن بيلن لر ايله وار گوجله ساواشميشلار. بوگون ده فارسچيلار بيزيم عليهيميزه مباريزه ائديرلر. اونلارين بيرينجي هدفلري بيزيم توركو ديليميزي و فرهنگيميزي آرادان آپارماقدير. اونا گوره بوگون فرهنگي ساواش ائتمه ييميز بوتون فارسچيلاري مايوس ائده جك. فارسچيلار باتوم و سيلاح ايله بيزه حمله ائديرلر آما بيز فرهنگي مباريزه ميزله اونلارا تاريخي درس وئره بيلريك.عزيز و شرفلي وطنداش:غيرتلي سولدوز (نقده)، قهرمان تبريز ، ايگيد اورميه و شرفلي خياو (مشكين شهر) شهيدلريني هئچ زامان ياددان چيخارتمامالييق. اونلار بيزيم فرهنگين يولوندا و اونون دفاعسيندا اؤز مقدس جانلاريني الدن وئرميش و شهيد اولوبلار. بللي دير كي آذربايجان ملتي واختيندا دوشمنلرين جاوابيني وئره جك. بوگون بيزلر او شهيدلرين احتراميني ساخلامالييق. بيز فرهنگي مبارزه ائتمكله هم شهيدلرين احتراميني ساخلييا بيلريك هم ده اؤز فرهنگيميزدن دفاع ائتمكله فارسچيلارا بويوك ضربه لر ووراريق. بوگوندن بئله هر بير ناموسلو و غيرتلي تورك بير ميلي سرباز كيمي فرهنگي مبارزه ده آشاغيداكي مسئله لري رعايت ائتمه يه چاليشماليدير:1- بيزيم آنا ديليميزين آدي توركودور. بيزه آذري دئيينلر بيزيم تاريخي آديميزي تحريف ائتمك ايستييرلر. بيزه آذري ديينلره بيز (تورك- وك) دئمه لييك. 2- هامي اوشاقلاريني فارسي ديلينده دانيشديرانلارا اعتراض ائلمه ليدير.3- اوشاقلاريميزا توركو آد قويمالييق.4- هر كس كي فارس موسيقي سي پخش ائليير اونا اعتراض ائلمه لييك. مثلا ناوار و كاست ساتان توكانلارا دئمه لييك كي فارسي كاست لر ساتماسينلار. يا عمومي يئرلرده حتي ماشينلاردا فارس موسيقي سي پخش اولسا اعتراض ائديب و اوراني ترك ائتمه لييك.5- توكان و ايش يئرلريميزين آدلاريني توركو انتخاب ائتمه لييك.6- او توكان و يئرلرين كي فارسچي آدلاري (مثلا آريا ، پارس، خليج فارس و ...) وار، اونلارا تلفن ايله اولسا دا اعتراض ائلمه لييك.7- هر هانسي مجله يا قازته كي بيزيم فرهنگيميزين عليهينه بير مطلب يازا، اونا حداقل تلفن وسيله سيله اعتراض ائلمه لييك.8-راديو و تلويزيوندان بيزيم فرهنگيميزين ضيدينه بير برنامه پخش اولسا حداقل تلفن وسيله سيله اونلارا اعتراض ائلمه¬لييك.9- اؤز SMS، E-mail و نامه لريميزي توركو ديلينده يازمالييق.10- توركو ديلينده اولان كيتاب ، كاست، سي دي، پوستر و مجله لري آيريلارينا هديه وئرمكله اونلاري فرهنگيميزه تشويق ائده بيلريك. 11- ايمكان اولدوغو قدر چاليشاق كي توي و ياس مراسيم لرينده وئردييميز دعوت كارتلاري و اطلاعيه لر توركو ديلينده اولسون.غيرتلي و شرفلي وطنداش:آذربايجانا گوره بو اطلاعيه دن 20 دنه تكثير ائتمكله اونون ياييلماسينا كؤمك ائت. بوگون هيمت و غئيرت گونودور.حتماً كي هر بير شرفلي تورك بونلاري رعايت ائدجك. فارسچيلارين فرهنگيني قبول ائدنلر اونلارين اهانت ، تحقير و مذلتيني قبول ائديرلر.آذربايجان ميلي - فرهنگي فعال لاري (اورمو شهري)

شكنجه زندانيان، تداوم دستگيري ها و اعتصاب غذاي دستگير شدگان در آذربايجان


کمیته دانشجویی دفاع از زندانیان سیاسی : بنا بر گزارش منابع موثق از آذربايجان و تهران، دستگيري فعالان سياسي فرهنگي آذربايجان در نقاط مختلف كشور ادامه دارد و وزارت اطلاعات و سپاه پاسداران با همكاري نيروي انتظامی در برنامه و اقدامي مشترك عده زيادي را در روزهاي اخير بازداشت كرده اند.روز گذشته پنج شنبه 11 خرداد، در شهرستان مشگین شهر (خیاو ) تعداد زيادي از جمله افراد زیر بازداشت شدند: اسد یعقوبی ، ایرج موذن زاده ، جلیل مقدسی و فرهاد سرونازی.در شهرمرند نیز ماموران اداره اطلاعات، داوود شیردل يكي از فعالان سیاسی در اين شهر را پس از بازرسي منزل و ظبط اسناد و لوازم شخصي وي دستگير كرده اند.در همين حال روز پنج شنبه در اردبيل 4 نفر از فعالان سياسي فرهنگی به نام های محمد یوسفی، ساسان صحافی، اکبر قربانی و آراز غفارزاده توسط ماموران اداره اطلاعات این شهرستان بازداشت شدند. خبرهاي تاييد شده حاكي است كه تا به حال بيش از 1100 نفر در اردبیل دستگیر شده اند که از این تعداد حدود 40 نفر خانم بوده اند. از زندان اردبیل خبر رسیده است که بیش از ۵۰ نفر از بازداشت شدگان، از روز یکشنبه هفتم خرداد اقدام به اعتصاب غذا کرده اند. قیصر نژاد رئیس زندان در واكنشي به اين اعتصاب غذا دستور داده است تا موهای کلیه زندانیان از ته تراشیده و به سلولهای انفرادی منتقل شوند.در روز چهارشنبه در تبريز نيز ابراهیم رشیدی از فعالان اجتماعی ارومیه توسط ماموران اداره اطلاعات تبریز دستگیر شد.تعدادي از آزاد شدگان از زندان هاي تبریز خبر از بازداشت نزديك به 500 نفر در زندان تبریز و بازداشتگاههای اداره های اطلاعاتی و امنیتی تبریز مي دهند. همچنين تعدادي از بازداشت شدگان در تبريز از جمله غلامرضا اماني، داود عظیم زاده، یاشار حکاک پور، علیرضا حقی، مجید پژوه فام،حامد یگانه پور، سعید بیدخت و سعید محمدی در اعتراض به بازداشت غیر قانونی خود دست به اعتصاب غذا زده اند و تا به حال مقامات امنيتي و قضايي هیچ اقدامی جهت رسیدگی به درخواست ایشان انجام نداده اند.خبر ديگري حاكي از آن است كه تعداد قابل توجهي از دستگير شدگان از جمله در تبريز، اروميه و اردبيل به شدت مورد ضرب و شتم قرار گرفته اند تا به آنچه عنوان مي كنند"ارتباط با محافل خارجي ضد انقلاب وابسته به انگليس و آمريكا" اعتراف كنند.طبق اظهارات خانواده هاي تعدادي از دستگير شدگان شناخته شده در آذربايجان،حامد یگانه پور دانشجوی مراغه ای که ناراحتی قلبی دارد به بند ویژه زندان که محل حبس اشرار است منتقل شده است. دیگر دانشجوی مراغه ای یاشار حکاک پور مراغی در بند مالی است و سه بازداشتی دیگر از مراغه به نامهای داود عظیم زاده (معلم) ، مجید پژوهی فام(استاد دانشگاه) و علی رضا حقی در قرنطینه زندان نگهداری می شوند. با اینکه به خانواده های ایشان اعلام شده است برای حکاک پور 20 میلیون و برای چهار نفر دیگر هر کدام 10 میلیون تومان وثیقه حاضر کنید اما هیچکدام از زندانیان هنوز به دادگاه برده نشده اند. مقامات قضايي و امنيتي با قرار وثيقه اي كه منجر به آزادي بازداشت شدگان نمي شود آنها را در بازداشت نگه مي دارند.خبر دريافتي از شهر مغان در استان اردبيل حاكي از آن است كه يك زنداني به نام داوود مقامی پس از بازداشت در تظاهرات اعتراضي در مغان به زندان شهر پارس آباد منتقل شده بود و تحت شکنجه قرار گرفته است. گفته مي شود طحال وی از کار افتاده و دچار خونریزی شدید شده و به سختی تنفس مي كند. در حال حاضر داوود مقامی در بیمارستان مغان بستری شده و در وضعيت وخيمي به سر مي برد.گفتنی است که دستگیری ها و مراجعه به منازل فعالان سیاسی فرهنگی در آذربایجان همچنان ادامه دارد.


گزارشگران بدون مرز : سرکوب مطبوعات و روزنامه نگاران در استانهای شمالي ايران ادامه دارد

اطلاعيه گزارشگران بدون مرز :
گزارشگران بدون مرز خواهان آزادی قوری شش روزنامه نگار دستگير شده در استان های شمال ايران است. شنبه ٦ خرداد ماه در اردبيل وحيد درگاهي سردبير هفته نامه آوای اردبيل، علي نظری سردبير و رضا کاظمي مدير مسئول هفته نامه ی آراز دستگير شده اند. خانواده اين روزنامه نگاران تا امروز نتوانسته اند خبری از چرايي دستگيری و اتهامات و يا محل بازداشت آنها بدست آورند.علي حامد ايمان مديرمسئول هفته‌‏نامه توقيف شده شمس تبريزيکشنبه ٧ خرداد ماه توسط ماموران امنيتي در خيابان بازداشت شده است. هفته شمس تبريز در موج توقيف مطبوعات سال ١٣٧٩ از جمله نشريات توقيف شده بود. علي حامد ايمان در آذر ماه ١٣٨٢ نيز يکبار ديگر دستگير و محاکمه و به دوسال حبس تعليقي و ٧٥ ضربه شلاق محکوم شده بود. اين روزنامه نگار دو روز پس از بازداشت با سپردن وثيقه آزاد شده بود.امين حسين موحدی و اورج اميری نيز در روزهای ٤ و ٥ خرداد ماه در شهرهای مشکين شهر و مرند و در پي گسترش اعتراضات و تظاهرات ضد حکومتي مردم در استانهای آذربايجان بازداشت شده اند.با ١٤ زنداني، ايران بزرگترين زندان روزنامه نگاران و وبلاگ نويسان در خاورميانه است.محمود احمدی نژاد رئيس جمهور و آيت اله خامنه ای رهبر جمهوری اسلامي از جمله ٣٧ رهبر و مقام دولتی در جهان هستند که از سوی گزارشگران بدون مرز بعنوان دشمنان آزادی مطبوعات برگزيده شده اند.

Cuma, Haziran 02, 2006

TEBRİZDE QANLI TOQQUŞMALAR BAŞLAYIB


TƏBRİZDƏ QANLI TOQQUŞMALAR BAŞLAYIB2006-06-01 - 21:31:00

Güney Azərbaycanın bir çox şəhərini bu gün etiraz dalğası bürüyüb. Təbriz, Ərdəbil, Sulduz və s. şəhərlərdə izdihamlı nümayişlər keçirilir. Güney azərbaycanlıların Bakıdakı təşkilatlarından «Turan»a verilən məlumatlara görə, Təbrizdə keçirilən aksiyada on minlərlə insan iştirak edir. İran hökuməti şəhərə 20 min qvardiyaçı yeridib. Hökumət qüvvələri ilə nümayişçilər arasında odlu silah istifadə edilməklə qanlı toqquşmalar başlayıb. Lakin azərbaycanlı əhalinin nümayəndələri istisna etmirlər ki, nümayişçilər tərəfindən atəşi mitinq iştirakçıları arasında yerləşdirilmiş xüsusi təxribatçı qüvvələr açıb. Şəhərdə vəziyyət gərgin olaraq qalır.

Perşembe, Haziran 01, 2006

Vaşinqtonda bir araya gelen azerbaycanlılar, kürdler, beluclar ve erebler Tehran rejimini yıxmağın yollarını müzakire edibler

Vaşinqtonda bir araya gələn azərbaycanlılar, kürdlər, bəluclar və ərəblər Tehran rejimini yıxmağın yollarını müzakirə ediblər "Şimali Amerikanın Kürd Milli Komitəsi" adlı təşkilatın Vaşinqtonda keçirdiyi bir toplantıda İrandakı milli azlıqların təmsilçiləri görüşüblər. ABŞ Dövlət Departamentinin təşəbbüsü ilə Konqres binasında təşkil edilmiş görüşdə İrandakı mövcud rejimi dəyişmək məqsədilə işbirliyi məsələləri müzakirə olunub.İran Kürd Demokratik Partiyası, Kürd "Komala" Partiyası, Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH), İrandakı ərəbləri təmsil edən "Əhvaz İnsan Haqları Təşkilatı" və ölkədəki bəlucların adından çıxış edən Bəlucistan Xalq Partiyasının nümayəndələri çıxışlarında bildiriblər ki, Tehran hakimiyyəti ölkədəki milli azlıqların hüquqlarını tapdayır, onları heçə sayır. Toplantı iştirakçılarının fikrincə, İranda sivil yolla hakimiyyət dəyişikliyinə nail olmaq, mollakratiyanı idarəetmə rıçaqlarından kənarlaşdırmaq gərəkdir.Daha sonra iştirakçıların planlarını reallaşdırmaq üçün ABŞ ilə yanaşı, Qərb dünyasından dəstək gözlədiklərini vurğulayıblar.Maraqlıdır ki, toplantı əsnasında çıxış edən kürdlər məqsədlərinin İranı parçalamaq yox, ölkənin şimal-qərbində "Kürdüstan" muxtariyyətini yaratmaqdır. İclas salonunda iranlı kürdlərin 1946-cı ildə qurulmuş və çox qısa müddətdən sonra yıxılmış "Mehabad Respublikası"nın da bayrağı asılıbmış.EPA agentliyinin verdiyi məlumata görə, toplantıda İrandakı azərbaycanlı, kürd, ərəb və bəlucların təmsilçilərinə Dövlət Departamentinin "İran heç bir vəchlə parçalanmayacaq, orada muxtariyyətlər yaradılmayacaq: olsa-olsa, mədəni muxtariyyətdən söz gedə bilər" mesaжı çatdırılıb.İrandakı soydaşlarımızın kütləvi etiraz aksiyaları, onların zor gücünə yatırılması, ölən, tutulan və yaralananların sayının az olmamasının məhz indiki dönəmdə, rəsmi Tehranla beynəlxalq birlik arasındakı qarşıdurmanın həddən ziyadə sərtləşldiyi dönəmə təsadüf etməsi müxtəlif yozumlara səbəb olub.ABŞ-dakı Harvard Universitetinin Qafqaz regionu üzrə eksperti Brenda Şaffer isə BBC radiosuna verdiyi açıqlamada bildirib ki, İrandakı azərbaycanlıların kütləvi etiraz aksiyalarının və o ölkədəki milli azlıqların nümayəndələrinin Vaşinqton görüşünün arxasında Birləşmiş Ştatların, ya da "kənar güc"lərin durması barədə iddiaları tamamən əsassızdır.Xanım Şafferin fikrincə, güneydəki soydaşlarımızın sakitləşmək bilməyən aksiyalarının səbəbləri bir neçə amilin kombinasiyası ilə bağlıdır.Əsas amil odur ki, XX əsr ərzində hər dəfə İranda mərkəzi hakimiyyət zəifləyəndə etnik zəmində narazılıqlar üzə çıxıb."Hazırda İran beynəlxalq səviyyədə təcrid olunmaqdadır. Nüvə proqramı səbəbindən hətta İranın yaxın qonşusu və müttəfiqi Rusiya belə ona təzyiqlər göstərməyə başlayıb.Bütün bunlar isə İrandakı etnik azlıqlarda belə bir hiss oyadır ki, mövcud reжimdən narazılığı nümayiş etdirmək üçün əsl vaxtdır."Azərbaycanlıların çıxışlarına gəldikdə isə "İran" qəzetindəki karikatura burada müəyyən mənada qığılcım rolunu oynadı. İranda çoxdandır ki, farslar müxtəlif etnoslar barədə zarafatlar edir, onlar barədə bəzən təhqiramiz sözlər də deyirlər. Lakin bu dəfə azərbaycanlıların olaya kəskin reaksiya vermələri İranın dünya birliyindəki kövrək mövqeləriylə bağlıdır", - Şaffer söyləyib.Fəqət, İran rəhbərliyi israrla bildirir ki, aksiyaların arxasında kənar qüvvələr durur. Eyni zamanda Birləşmiş Ştatların rəsmiləri də dəfələrlə ifadə ediblər ki, Vaşinqton İrandakı mövcud reжimin daxilddən gələcək güclü təkan, etirazlar dalğası və ya üsyanla devrilməsini arzu edir.Bu versiyaları dəyərləndirən B.Şafferin qənaətinə görя, deyilənlər əsassızdır. Əvvəla, səbəbsiz yerə yüz minlərlə insanın emosional narazılıqlarını küçə nümayişləri və etiraz aksiyalarıyla izhar etmələrinə nail olmaq mümkün deyil.adamlar öz həyatlarının bütün aspektlərindən razıdırsa, kütləni ayağa qaldırmaq mümkün deyil. Xaricdən artıq ayağa qalxmış xalqa dəstək verilə bilər. Bununla bahəm, ABŞ-ın İrandakı duruma belə dərindən tanış olması da inandırıcxı təsir bağışlamır.Dəfələrlə görmüşük ki, ABŞ dünyanın bir çox məkanlarıda, ələlxüsus da Yaxın Şərqdə yürütdüyü siyasətdə incə nüansları nəzərə almır, çini qablar dükanına dürtülmüş fil kimi davranır.Əfqanıstanda qəbilə-icma, İraqda isə şiə-sünni-kürd münasibətlərindəki antoqonizmi Vaşinqton analitikləri əsla nəzərə almamışdılar."Təsəvvür edin ki, ABŞ-ın bəzi rəsmilərinə desən ki, İranda müxtəlif etnik azlıqlar var və orada əhalinin əksəriyyəti heç də fars deyil - buna təəccüb edər. Mən azərbaycanlıların çıxışlarının arxasında xarici kəşfiyyatların əməllərini görmürəm, amma belə şübhələrin niyə yarandığını tamamən anlayıram", - Brenda Şaffer deyib.Bu arada İran parlamentində ölkənin ali qanunverici orqanının 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. Konfrans iştirakçıları qarşısında çıxış edən ölkə prezidenti Mahmud Əhmədinecat parlamentarları yubiley münasibətilə təbrik edəndən sonra bildirib ki, cəmiyyətdə ədalət və bərabərlik ideyalarının həyata keçirilməsində parlamentlə hökumətin payına xüsusi rol düşür.Ədalətin vətəndaşların qanun qarşısında bərabərliyi olduğunu vurğulayan İran prezidenti ölkə parlamentini ədalətli qanun layihələri hazırlayıb qəbul etməklə yanaşı, o qanunların yetərincə həyata keçirilməsinə nəzarət etməyə çağırıb.Belə patetik-romantik mesajlardan sonra İran prezidenti aktual mövzuya toxunub. Daha doğrusu o, son 3 həftə ərzində ölkədəki azərbaycanlıların səngimək bilməyən genişmiqyaslı etiraz aksiyaları barədə danışmasa da, milli mənlikləri tapdanan, həbs edilən, döyülən və öldürülən soydaşlarını repressiyalara məruz qoyan məmurların cəzalandırımasını tələb edən azərbaycanlıların küll halda könlünü almağa çalışıb."İrandakı azərilərin narazılıqlarına gəldikdə isə, xatırlatmaq istərdim ki, 1905-1911-ci illərdə ölkədəki Konstitusiya inqilabında və parlamentin yaradılmasında onların müstəsna əməyi olub. İrandakı azəri qardaşlarımız arasında iğtişaş və narazılıq toxumlarını səpib onların göyərməsinə çalışan düşmənlər cəmiyətlə millətlərarası zəmində qarşıdurmalar yaratmağı planlaşdırırlar", - M.Əhmədinecat söyləyib.Daha sonra M.Əhmədinecat ölkənin "düşmənləri və bədxah"larını İranın daxili işlərinə qarışmamağa çağıraraq bildirib ki, "sayıq İran xalqı onların bütün nəticəsiz cəhdlərini zərərsizləşdirəcək".Hüseyn BAKUVİ